Samuxda yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü

Samuxda yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü


Samux rayonunda yarımstansiyada baş vermiş yanğın zamanı xəsarət alan şəxs dünyasını dəyişib.

Gecce.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə nəticəsində yanıq xəsarətləri alan 1978-ci il təvəllüdlü Həsənov Elmir Natiq oğlu noyabrın 16-da xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Samux rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkən şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.

Xatırladaq ki, noyabrın 14-də Gəncə Regional Elektrik Şəbəkəsinin Samux rayonunun Əhmədbəyli kəndindəki 330 KV-luq Gəncə yarımstansiyasının 5-ci hava xəttində qısaqapanmadan yanğın baş vermişdi.

Hadisə nəticəsində yarımstansiyanın elektrik montyoru Həsənov Elmir Natiq oğlu ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdi.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

10.12.2018 / 13:30
 
Xəbər lenti
                                                           
ankara escort