Dostu tərəfindən qətlə yetirilən gənc əməkdar artistin yaxın qohumu çıxdı

Dostu tərəfindən qətlə yetirilən gənc əməkdar artistin yaxın qohumu çıxdı


Əməkdar artist Səbuhi İbayev "5/5" proqramında qonaq olub.

Gecce.az milli.az-a istinadən xəbər verir ki, əməkdar artist verilişdə təxminən 3 ay öncə qətlə yetirilən gənc xanəndə Miryusif Mirizadənin doğma dayısı oğlu olduğunu bildirib.

Xatırladaq ki, avqustun 1-də xanəndə Novruz Hüseynovun meyiti Qarabağ su kanalının Ağcəbədi rayon ərazisindən keçən hissəsində aşkarlanıb. Yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadənin isə dostu Novruz Hüseynov tərəfindən qətlə yetirildiyi məlum olub. N.Hüseynov dostunu 14 bıçaq zərbəsi ilə öldürdükdən sonra özünü Qarabağ su kanalına ataraq intihar edib. Onun meyiti hadisənin baş verdiyi ərazidən 5 km. aralıda, Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində tapılıb.

Qeyd edək ki, hadisə ilə bağlı N.Hüseynovun qardaşı Elçin Hüseynov da saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

10.12.2018 / 13:30
 
Xəbər lenti
                                                           
ankara escort