Məktəbdəki yanğınla bağlı açıqlama

Məktəbdəki yanğınla bağlı açıqlama


Füzuli Rayon Təhsil Şöbəsi məktəbdəki yanğınla bağlı məlumat yayıb.

"Qafqazinfo"ya daxil olan məlumatda qeyd olunur ki, noyabrın 13-də Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi, A. Hüseynov küçəsi 3 ünvanında yerləşən Neft-Qaz Çıxarma İdarəsinin binasında yanğın baş verib. Qeyd etmək lazımdır ki, binanın 1-ci mərtəbəsində Füzuli rayonu 45 nömrəli tam orta məktəbi yerləşir, 2-ci və 3-cü mərtəbələrində isə məcburi köçkünlər məskunlaşıb.

Füzuli Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, yangın səhərə yaxın baş verdiyindən məktəbin inzibati və pedaqoji heyəti, habelə şagirdlər məktəb binasında olmayıblar. Hazırda məktəbdə tədrisə bir günlük fasilə verilib, yanğın söndürülüb və təmizlik işləri aparılır. Hadisə zamanı məktəbin sinif otaqlarına ziyan dəyməyib və xəsarət alan olmayıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

10.12.2018 / 13:30
 
Xəbər lenti
                                                           
ankara escort