Lənkəranda vəziyyət necədir? - 10-a yaxın ailə təxliyyə olundu

Lənkəranda vəziyyət necədir? - 10-a yaxın ailə təxliyyə olundu


Xəbər verdiyimiz kimi, son günlər yağan leysan Lənkəranda bir neçə kəndin su basmasına səbəb olub. Lənkəran Şəhər İcra Başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Möhübbət Babayev “Qafqazinfo”ya bildirib ki, normadan artıq yağan yağış səbəbindən dağətəyi ərazidə yerləşən 3-4 kəndi sel basıb:

“Dünən axşam saatlarından başlayan leysan hələ də davam edir. Dağ massivindən gələn sel kəndlərin ərazisindən axıb. Bu zaman sel suları bəzi evləri daxil olub. Dərhal vəziyyətlə bağlı komissiya üzvləri ciddi iş rejiminə keçib və suyun həyətyanı ərazilərdən çıxarılması yönündə işlər görülüb. 10-a yaxın ailə təxliyyə olunub. Hazırda qabaqlayıcı tədbirlər görülür. Əraziyə texnika və canlı qüvvə cəlb edilib".
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

10.12.2018 / 13:30
 
Xəbər lenti
                                                           
ankara escort