Bakıda fanatları Hüseynin arxasınca qaçdı

Bakıda fanatları Hüseynin arxasınca qaçdı


Xəbər verdiyimiz kimi, dünən Rusiyada yaşayan məşhur azərbaycanlı bloqqer və iş adamı Hüseyn Həsənov “28 Mall” ticarət mərkəzində fanatları ilə görüşüb.

Görüşdə yaranan izdiham bloqqerin özündə də çaşqınlıq yaradıb. O, sosial şəbəkədə paylaşdığı videolardan birində 10 minə yaxın adamın iştirak etdiyini bildirib.

Şahidlərin sözlərinə görə, yaranan sıxlığa görə ticarət mərkəzinin şüşələrindən biri çıxarılıb, hadisə yerinə polis cəlb olunub.

Daha sonra bloqqersevərlər yolboyu onun arxasınca qaçıb, bir neçə dəfə maşınını saxlamasına səbəb olublar.

Qeyd edək ki, Hüseyn Həsənov Rusiyanın ən populyar videobloqqerlərindəndir. Hazırda instaqramda 7 milyon izləyicisi var və videolarına 33 milyondan çox baxış olur.

Onu da xatırladaq ki, bloqqer son olaraq mətbuatda fanatına “ferrari” markalı avtomobil bağışlaması ilə bağlı gündəmə gəlmişdi.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort