Ötən gün 3 piyada yol qəzasında ölüb

Ötən gün 3 piyada yol qəzasında ölüb


Noyabrın 5-də ölkə ərazisində 3 nəfər piyada vurularaq öldürülüb.

Gecce.az DİN-ə istinadən xəbər verir ki, saat 17 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Spartak Cəbiyev idarə etdiyi “KamAZ-55111” markalı avtokranla yolu keçən həmyerliləri Elvin Ağayevi və Rasim Rüstəmlini vurub. Nəticədə E.Ağayev hadisə yerində ölüb, R.Rüstəmli xəstəxanaya yerləşdirilib.

Həmin gün daha bir qəza isə paytaxtda baş verib. Saat 21 radələrində Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini Arif Namazov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Biləcəri qəsəbə sakini Abiddin Bağırovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Növbəti qəzada isə qatar piyadanı vurub. Noyabrın 5-də saat 7 radələrində Tovuz rayonunun Dondar Quşçu kəndi ərazisindəki qorunan keçiddə qatarla kənd sakini Nemət Həsənov vurulub və nəticədə o, hadisə yerində ölüb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort