Bakıda restoranda 22 min manatlıq narkotik satmaq istədi

Bakıda restoranda 22 min manatlıq narkotik satmaq istədi


Bakıda külli miqdarda heroin satan şəxs yaxalanıb. Binəqədi rayonu ərazisindəki "Göyəzən" restoranında baş verib.

Gecce.az “Trend”ə istinadən xəbər verir ki, Bakı şəhər sakini Mirzəyev Fərid Misir oğlunun 1 kiloqram heroini satmaq istəməsi barədə Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə məlumat daxil olub.

F.Mirzəyev adı çəkilən restoranda 1 kiloqram 118,2 qram narkotik vasitə hesab edilən heroini 22 min manata şərti alıcı Mustafayev Elçin Mustafa oğluna satmaq üçün sövdələşib. Sonra onun zəngi ilə Səbail rayonu Bayıl qəsəbəsi, 20-ci dairə ərazisində əmisi oğlu Bayrıyev Müslüm Əhmədağa oğlu həmin narkotik maddəni E.Mustafayevə satarkən polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort