Bakının bəzi hissələri qazsız qaldı

Bakının bəzi hissələri qazsız qaldı


Bakıda qaz xəttində qəza hadisəsi baş verib.

“Azəriqaz” İstehsalat Birliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Xətai rayonu ərazisində 160 mm-lik yeraltı polietilin qaz xəttində bir-neçə yerdə qaz sızması aşkarlanıb.

Hadisə nəticəsində Xətai rayonunun Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, İnqilab İsmayılov küçələri və “Neapol” dairəsinə qaz verilişi dayandırılıb.
Hazırda sızmanın qarşısının alınması ilə bağlı tədbirlər görülür.

Bildirilib ki, təmir işləri başa çatandan sonra gün ərzində həmin ərazilərə təbii qazın verilişi bərpa ediləcək.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort