Balakəndə vəzifəli şəxslər qəzaya düşdü - Yaralılar var

Balakəndə vəzifəli şəxslər qəzaya düşdü - Yaralılar var


Baləkən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Gecce.az "Report"a istinadən xəbər verir ki, qəza Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 145-ci kilometirliyində qeydə alınıb.

Belə ki, Zaqatala rayonunun Bəhmətli kənd sakini, 1978-ci il təvəllüdlü Şamil Ramazan oğlu Xasməmmədov idarə etdiyi "Mercedes" markalı, 10-RE-496 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yolun kənarındakı ağaca çırpılıb.

Hadisə zamanı sürücü Ş.Xasməmmədov və avtomobildə olan sərnişin Həsrət Şakir oğlu Musayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanada "Report"un yerli bürosuna bildirilib ki, H.Musayevin xəsarəti yüngül olduğundan ona həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib və evə buraxılıb. Avtomobilin sürcüsü Ş.Xasməmmədovun vəziyyəti isə orta-ağır olaraq qalır.

Qeyd edək ki, Şamil Xasməmmədov Zaqatala rayonunun Bəhmətli kənd icra nümayəndəsi, Həsrət Musayev isə həmin kəndin bələdiyyə sədridir.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort