Pult üstündə qardaşını öldürənə 17 il həbs verildi

Pult üstündə qardaşını öldürənə 17 il həbs verildi


Bakı Ağır Cinayətlər Məhkəməsində televizora baxmağa görə qardaşını öldürməkdə təqdirləndirilən Əli Əliyevə hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə Ə. Əliyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Binəqədi rayonu, 9-cu mikrorayonda yaşayan 1990-cı il təvəllüdlü Ə.Əliyev evdə televizor pultu üstündə qardaşı 1983-cü il təvəllüdlü Murad Əliyevlə mübahisə edib. Daha sonra qardaşlar əlbəyaxa olublar. Bu zaman mətbəxdən bıçaq götürən Əli qardaşını vuraraq evdən qaçıb.

M.Əliyev konq-fu idman növü üzrə peşəkar idmançı, Çevik Polis Alayında polis serjantı olub
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort