DİN piyadanı vurub qaçan sürücü ilə bağlı məlumat yaydı

DİN piyadanı vurub qaçan sürücü ilə bağlı məlumat yaydı


Zaqatalada piyadanı vurub qaçan sürücü saxlanılıb.

DİN-dən “Qafqazinfo”ya verilən xəbərə görə, oktyabrın 6-da saat 20 radələrində Zaqatala rayonunun Muxax kəndi ərazisində yolu keçən kənd sakini Abdulrəhman İbiyevin müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində hadisə yerində ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib və hadisə yerindən yayınmaqda şübhəli bilinən, həmin avtomobili idarə edən Bakı şəhər sakini Oqtay Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort