Gəncədə itkin düşən qadın Bakıda tapıldı

Gəncədə itkin düşən qadın Bakıda tapıldı


Gəncədə itkin düşən qadın tapılıb.

Gecce.az-ın Trend-ə istinadən məlumatına görə, sentyabrın 15-də itkin düşən Gəncə şəhəri, 3-cü mikrorayon, bina 27, mənzil 18-də yaşayan, 1966-cı il təvəllüdlü Novruzova Məlahət Novruz qızı polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları M.Novruzovanı Bakıda tapıblar.

Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırmalar aparılır.

Qeyd edək ki, Gəncə şəhəri, 3-cü mikrorayonda yaşayan Vidadi İsayev şikayət ərizəsi ilə polisə müraciət edərək, sentyabrın 15-də həyat yoldaşı, 1966-cı il təvəllüdlü Məlahət Novruzovanın evdən çıxaraq bir daha geri qayıtmadığını bildirib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti