Bakı sakininin 400 manatını oğurlayan şəxslər tutuldu

Bakı sakininin 400 manatını oğurlayan şəxslər tutuldu


Sentyabrın 19-da Daxili İşlər Nazirliyinin (DİN) “102 – Zəng Mərkəzi”nə müraciət edən Bakı şəhər sakini Vladimir Yeqorov Xətai rayonu ərazisində evinin qarşısında naməlum şəxsin onun 400 manatını açıq talama yolu ilə aldığını bildirib.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, məlumatla əlaqədar Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları dərhal hadisə yerinə yollanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Araşdırmalarla onların əvvəllər məhkum olunmuşlar - Mingəçevir şəhər sakini Razi Əliyev və Göygöl rayon sakini Emin Qədimov olduqları müəyyən edilib.

Şəxsi axtarış zamanı onlardan narkotik vasitə olan heroin də aşkarlanaraq götürülüb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort