“Dedi məni axtarmayın, qayıdacağam...”

“Dedi məni axtarmayın, qayıdacağam...”


Bakı Ağır Cinayətlər Məhkəməsində "İŞİD" terror qruplaşmasının bir qolu olan "Nüsra Cəbhəsi" tərkibində Suriyada vuruşmaqda təqsirləndirilən Emin Quliyev, Asim Baxışov və Teyfur Əliverdiyevin məhkəməsi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə şahidlər dindirilib.

T. Əliverdiyevin anası Simnarə Əliverdiyeva deyib ki, oğlu ona Türkiyəyə Qızıl aypara cəmiyyətində işləməyə getdiyini deyib: "Getmədən əvvəl bizə heç nə deməmişdi. Bir həftə sonra zəng gəldi ki, məni axtarmayın, Türkiyədəyəm, qayıdacağam. 18 gün orda qaldı, sonra da qayıtdı. Bizə dedi ki, Suriyadan Türkiyəyə gələn qaçqınlara kömək edib. Oğlumun 4 oğlu var, bizimlə qalır".

Onun atası Dadaş Əliverdiyev deyib ki, Teyfur onun yeganə oğludur: "Mən maşın aldım, sürməyi Teyfura öyrətmək istədim, amma öyrənə bilmədi. Ona görə də maşını sürməyə ona vermədim. Sürməyi öyrənmədən maşını ona versəydim, bir hadisə olsaydı, mən özümü bağışlaya bilməzdim, mənim üçün ölüm olardı. Amma Teyfur məndən incidi, dedi sənin maşının mənə lazım deyil, özüm maşın alacam. Bir müddət sonra dedi ki, işləməyə Türkiyəyə gedir. Qayıdandan sonra da heç vaxt Suriya adını çəkməyib. Amma sağlam gedib, yaralı gəlmişdi. Orda məşq edən yerdə turnikdən yıxılıb, ayağı əzilmişdi.

Getmədən əvvəl ibadətlə məşğul olduğu üçün onu danlamışdım, dedi içməyəcəyəm, çəkməyəcəm, işləyib pulumu qazanıb, düzgün yaşayacağam.

Hörmətli hakimlər, hörmətli prokuror, onun 4 oğlu var, sonuncunun 9 yaşı var. Ona cəza verib ailəsini dağıtmaq məni öldürmək kimidir".

Asim Baxışovun anası İradə Baxışova deyib ki, 2012-ci ilin axırında oğlu işləmək üçün Türkiyəyə gedib: "Skype"da danışırdıq, bir dəfə dedi Suriya ilə sərhəddəyəm, qaçqınlara kömək edirəm. Bir ay orda qaldı, sonra qayıdıb Moskvaya gəldi".

Məlum olub ki, İ. Baxışova istintaqa ifadəsində oğlunun Türkiyədən Suriyaya keçdiyini deyib. Lakin şahid bunu təkzib edib və ifadəsini rusca verdiyini, müstəntiqin azərbaycanca yazdığını bildirib.

İttihama görə, adıçəkilən şəxslər Türkiyə ərazisindən keçərək Suriyada Gücüstan vətəndaşı Sərxan Bakraşvilinin rəhbərlik etdiyi cinayətkar birliyin tərkibində odlu silah "Kalaşnikov"dan istifadə edərək orada hava limanının alınması uğrunda gedən döyüşlərdə iştirak ediblər. Daha sonra İstanbul şəhərinə gələrək oradan Azərbaycana qayıdıblar. Ölkə ərazisində olarkən həbs ediliblər.

Onlar özlərini təqsirli bilməyiblər.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah yağış yağacaq

13.12.2018 / 16:30
Sabah hava necə olacaq?

12.12.2018 / 14:00
 
Xəbər lenti
                                                           
ankara escort izmir escort