“Qardaşımı maşınla 18 metr sürüyüb, sərxoş olduğu gizlədilib”

“Qardaşımı maşınla 18 metr sürüyüb, sərxoş olduğu gizlədilib”


Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən qəzayla bağlı aparılan istintaqdan zərərçəkmiş tərəf narazıdır.

“Qafqazinfo”ya müraciət edən rayon sakini Asim Qasımov bildirib ki, qardaşı, 36 yaşlı Qabil Qasımov avqustun 12-də maşınla vurularaq öldürülüb: “Hadisə Əliabad kəndinin girişində baş verib. Biləsuvar Rayon Polis Şöbəsinin Polisə İctimai Dəstək Xidmətinin mülki əməkdaşı Ravil Zeynalov rayonda yerləşən “Zirvə” şadlıq sarayında toydan içkili çıxıb.

Polis yoldaşları ona maşın sürməməyi məsləhət etsə də, özünün sürəcəyini təkid edib və idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yüksək sürətlə gedərkən kəndin girişində yolun kənarında gedən piyadaları vurub.

Yolun kənarında 4 nəfər olub, Ravil onlardan ikisini vurub. Biri də mənim qardaşımdır, onu maşınla 18 metr sürüyüb. Digəri isə kənd sakini Famil Əskərovdur. Famil də xəsarət alıb, qardaşım isə oradaca ölüb. Ravil qəza törədən kimi hadisə yerindən qaçaraq evlərinə gedib. Atası Rafiq onu götürüb təzədən ora qayıdıb. Rafiq də rayonda mühafizə polisində işləyir. Mən ora çatanda ata-bala ikisi də durub baxırdı, əgər qardaşımı vaxtında xəstəxanaya aparsaydılar, bəlkə də sağ qalardı. Atası orda adamlara deyib ki, maşını özü sürürmüş. Ravilin içkili olduğunu da hamı bilirdi. Hadisə yerinə gələn təcili tibbi yardımın həkimi Cəfər də əmimgilə deyib ki, Ravil içkilidir, elə də rəsmiləşdirmişəm. Sonra Ravili tutub barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçdilər. İşi də Biləsuvar polisində müstəntiq Elşən Mustafayev araşdırır. Amma istintaq Ravilin sərxoş olmadığını qeyd edib. Biz də buna etiraz edirik, bu barədə Daxili İşlər Nazirliyinə də müraciət etmişik, amma cavab verilmir.

Ata və oğlu polis olmalarından istifa edib işi yüngülləşdirmək istəyirlər. Amma mənim qardaşım Qabilin 3 azyaşlı uşağı atasız qalıb. Onun iki övladı məktəblidir, balacasının isə 2 yaşı yoxdur”.

A.Qasımov əlavə edib ki, istintaq birtərəfli, yəni ittiham olunan Ravil Zeynalovun xeyrinə aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah yağış yağacaq

13.12.2018 / 16:30
Sabah hava necə olacaq?

12.12.2018 / 14:00
 
Xəbər lenti
                                                           
ankara escort izmir escort