Oktyabrın 11-i Azərbaycanda da internet kəsiləcək?

Oktyabrın 11-i Azərbaycanda da internet kəsiləcək?


Domen adları və IP ünvanlarının idarə edilməsi üzrə korporasiyanın (ICANN) tələb və tövsiyələrinə əsasən, oktyabrın 11-də bütün dünyada olduğu kimi, Azərbaycanda da domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarlarının dəyişdirilməsi planlaşdırılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə bildiriblər ki, bu texniki əməliyyat dünyada ilk dəfə reallaşdırılacaq. Bu prosesin adi istifadəçilərə cüzi təsiri ola bilər.

Belə ki, yeniləmədən sonra 48 saat ərzində dünya üzrə bəzi istifadəçilərin ayrı-ayrı resurslara daxil olmaq istəyərkən çətinliklə üzləşmə ehtimalı var. Belə olan halda sistem "server failure” və ya "SERVFAIL” səhvini göstərə bilər.

Sözügedən kriptoqrafiya açarları 2010-cu ildə yaradılıb. Bu açarlar təhlükəsizlik və internet ünvanlandırma sisteminin bütövlüyünə cavabdehlik daşıyır. Açarlar hər 5 ildən bir dəyişdirilməli olsa da, 2015-ci ildə bir çox ölkələrin provayderlərinin hazır olmaması bu prosesi təxirə salmışdı. Artıq dünyanın əksər provayderləri, o cümlədən Azərbaycan provayderləri bu prosesə hazırdır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

14.11.2018 / 13:00
 
Xəbər lenti
                                                           
ankara escort