14 yaşlı qız özünü niyə asdı? - Müəmmalı intiharla bağlı yeni xəbər

14 yaşlı qız özünü niyə asdı? - Müəmmalı intiharla bağlı yeni xəbər


Astarada 14 yaşlı qızın intiharın bəzi təfərrüatı açıqlanıb.

Rayonun Təngərüd kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Aysu Əhmədova özünü yaşadığı həyətin tövləsində asıb:

“Aysunun anası ilə atası ailə qurandan sonra yola getmədilər. Söz-söhbət, hər gün münaqişə... baxdılar ki, bir yerdə yaşamaq çətindir, ayrıldılar. Onların evliliyindən 3 uşaqları olub. Uşaqlar məhkəmənin qərarı ilə Aysunun atasına verilib. Onlar ayrılandan sonra hər kəs öz yolunu seçdi, biri ərə getdi, biri də arvad aldı. Boşanandan sonra anası uşaqları ilə görüşmürdü. Aysu 9-cu sinifi bitirib məktəbdən ayrılmışdı. O, axşam saat 21:00-də yoxa çıxıb. Axtaranda onu tövlədən asılımış vəziyyətdə tapıblar. Hazırda ekspertiza olunur. Onun bu hərəkəti hər kəsi şoka salıb. Qız niyə özünü öldürsün ki? Aysunun atasının ikinci arvaddan da uşaqları var”.

Qeyd edək ki, Astara rayonunun Təngərüd kənd sakini, 14 yaşlı Aysu Əhmədovanın intihar etdiyi barədə xəbər yayılmışdı.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Anası ilə barışdı

16.11.2018 / 19:00
Sabahın hava proqnozu

16.11.2018 / 14:00
 
Xəbər lenti
                                                           
ankara escort