“Həmin qadın heç vaxt o evdə qeydiyyatda olmayıb” - Şirkətdən açıqlama

“Həmin qadın heç vaxt o evdə qeydiyyatda olmayıb” - Şirkətdən açıqlama


Sosial şəbəkələrdə yaşayış olduğu halda vətəndaşın evinin sökülməsi ilə bağlı məlumat yayımlanıb. Həmin ərazidə tikinti işlərini həyata keçirən şirkət bu məsələyə aydınlıq gətirib.

“Cavid-2016” Məhdud Məsuliyyətli Cəmiyyətindən “Qafqazinfo”ya verilən açıqlamada qeyd olunub ki, pilot layihə olaraq həyata keçirilən söküntü işləri zamanı bütün vətəndaşlarla müqavilə imzalanıb: “Sözügedən mənzil Nəsirova Rübabə Əfqan qızının adınadır. Rəsmi çıxarışda onların evi 1 otaq kimi qeydə alınıb. Lakin ailə fərdi yaşayış evlərini sonradan artıraraq 81 kvadratmetrə qədər böyüdüb. Bizim şirkət ölçü işləri zamanı ailəyə güzəşt edərək yaşayış yerini 91 kvadratmetr olaraq qeydə aldı. Daha sonra isə əlavə 20 faiz də əlavə olunaraq Rübabə Nəsirovanın ailəsinə 110 kvdratmetrlik mənzil və hər ay üçün 600 manat kirayə haqqı təklif etdik. Həmin ailə kirayə haqqının nağd formada ödənməsindən imtina edərək bunun əvəzində bizdən əlavə mənzil istədi. 2018-ci il mayın 02-də imzalanan müqaviləyə görə şirkət həmin ailəyə biri təmirli, digəri təmirsiz olmaqla, hər biri 72 kvadratmetr olan iki mənzil verəcək”.

“Cavid-2016” MMC-dən bildirib ki, R.Nəsirova ilə müqavilə imzalandıqdan sonra evin təhvil verilməsi zamanı bu problem ortaya çıxıb: “Bizim müqavilə imzaladığımız ailənin başqa yerdə bir evi var və daimi orada yaşayıb. Bu evdə isə kirayənişin qalırdı, biz evi alandan sonra həmin şəxs də əşyalarını götürərək evi tərk edib. Şirkətimiz söküntü işlərinə başlayanda isə həmin evdən Reyhan adlı qadın çıxaraq qaçqın olduğunu dedi və bizdən ev ya da pul tələb etməyə başladı. Reyhan adlı həmin qadın heç vaxt o evdə qeydiyyatda belə olmayıb. Müqavilə bağladığımız ailənin isə bununla bağlı heç bir tələbi yoxdur və onlarla aramızda hər hansı narazılıq olmayıb. Biz Rübabə Nəsirova ilə müqavilə bağladıqdan və ev boşaldıqdan sonra bu qadın gəlib evə yerləşib”.

Şirkətdən bildirilib ki, o qadınla bağlı polisə özləri müraciət edib: "Sözügedən ərazidə 140 ailə ilə müqavilə imzalanıb, Reyhan xanım isə öz qanunsuz hərəkətləri ilə həmin ailənin hüquqlarını pozur. Ona görə vətəndaşların mənzillərinin tikilib təhvil verilməsi gecikir. O xanım şirkətin müraciəti əsasında polisə çağırılaraq ifadəsi alınıb".
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort