Sürücülər idarəetməni itirdilər - 3 ölü, 3 yaralı

Sürücülər idarəetməni itirdilər - 3 ölü, 3 yaralı


Ölkə ərazisində son 2 gündə sürücünün idarəetməni itirməsi nəticəsində ölümlə nəticələnən 3 yol qəzası baş verib.

Gecce.az DİN-ə istinadən xəbər verir ki, onlardan biri Tərtər rayonunda qeydə alınıb. Sentyabrın 1-də saat 12 radələrində Tərtər rayonunun Bayandurlu kəndi ərazisində Qazax rayon sakini Elman İsrafilov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə E.İsrafilovun sərnişini, Göygöl rayon sakini Fərzəli Qasımov hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib.

İkinci hadisə isə Ağstafada baş verib. Sentyabrın 1-də saat 18 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndi ərazisində Ağgöl kənd sakini Elxan Eminov idarə etdiyi “VAZ-21099” markalı avtomobili yolun kənarındakı maneəyə vurub və nəticədə sürücü hadisə yerində ölüb.

Paytaxtdakı qəzada da bir nəfər ölüb, 2 nəfər yaralanıb. Belə ki, sentyabrın 3-də saat 1 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini Bilal Hüseynov idarə etdiyi “AzSamand” markalı avtomobili yolun kənarındakı reklam dirəyinə vurub. Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort