Otel saunasında ölən turistlə bağlı yeni xəbər: “Dərman atıbmış...”

Otel saunasında ölən turistlə bağlı yeni xəbər: “Dərman atıbmış...”


Bakıda otel saunasında turistin ölümünün təfərrüatı məlum olub.

“Rich” otelindən AzNews.az-a verilən məlumata görə, 65 yaşlı Pakistan vətəndaşı Nasir Sadiqin ölümünə səbəb qəbul etdiyi həblər olub:

“Nasir Sadiq nir neçə gün idi ki, bizim oteldə qalırdı. İstirahət etmək üçün dostları ilə saunaya giriblər. Aradan bir az keçəndən sonra görüblər ki, Nasir tərpənmir, suyun üzündə qalıb. Yaxınlaşanda başa düşüblər ki, artıq ölüb. Otaq araşdırılanda şkafından ona aid həblər tapıldı. Ölümündən bir neçə saat əvvəl qəbul edibmiş. Dostlarının dediyinə görə, şəkər xəstəsi imiş, ürəyində də problem varmış”.

Qeyd edək ki, Bakıda oteldə turist ölüb. Hadisə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Rich” otelində qeydə alınıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

15.11.2018 / 15:30
 
Xəbər lenti
                                                           
ankara escort