Lerikdə zəlzələnin ziyan vurduğu kəndlərin adı açıqlandı - Yenilənib

Lerikdə zəlzələnin ziyan vurduğu kəndlərin adı açıqlandı - Yenilənib


Lerik rayonunda baş vermiş zəlzələ nəticəsində rayon ərazisindəki tikililərə ciddi ziyan dəyməsi barədə hələlik dəqiq məlumat yoxdur.

Gecce.az xəbər verir ki, bu barədə Modern.az-a Lerik rayon İcra hakimiyyəti başçısının müavini Habil Məlikov məlumat verib.

Onun sözlərinə görə, hazırda rayon fövqəladə hallar komissiyası yerlərdə araşdırma aparır: “Kəndlərdə tikililərdə çatların yaranması barədə məlumatlar daxil olub. Amma, komissiya hələ bu barədə dəqiq bilgi verməyib. Bəzi köhnə tikililərə ciddi ziyan dəydiyi bildirilir. Araşdırmalar davam etdirilir”.

H. Məlikov bildirib ki, hadisə nəticəsində hər hansısa bir tikilinin dağılması barədə informasiya yoxdur.

Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, bu gün saat 16:57:14-də Lerik rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

***

Lerik rayonunda baş vermiş zəlzələ nəticəsində 15-ə yaxın köhnə tikilidə çatlar yaranıb. Bu barədə Trend-ə Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov məlumat verib.

H.Məlikovun sözlərinə görə, ziyan dəyən tikililər rayonun Bursulum, Tikəband, Züvüc kəndlərində yerləşir:

“10-15 tikilidə çatlar artıb. Amma ciddi dağıntı, uçqun yoxdur”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Anası ilə barışdı

16.11.2018 / 19:00
Sabahın hava proqnozu

16.11.2018 / 14:00
 
Xəbər lenti
                                                           
ankara escort