“Söküntü işlərinə görə qaz, işıq və suyun verilməsi dayandırılıb”

“Söküntü işlərinə görə qaz, işıq və suyun verilməsi dayandırılıb”


Nizami rayonu Pəhləvan Fərzəliyev küçəsində yaşayan bir qrup sakin ətrafda yerləşən evlərin sökülməsindən dolayı mənzillərinə yaranmış olan təhlükədən narazılıq edirlər. Bununla bağlı “Qafqazinfo” ya müraciət edən Azər Rzayev, Nadir Əmirov, Sadıx Qurbanov bildirib ki, sözügedən ünvan dəmiryol xəttinə yaxın yerləşdiyi üçün ərazidə yerləşən 400-dən çox ev sökülüb:

”Söküntü işləri davam etməkdədir. Amma təxminən 10-a yaxın mənzil təhlükəli zonaya yaxın vəziyyətdə qalıb. Dediklərinə görə, biz onların kriteriyalarına uyğun deyilik. Evimiz sökülməli olan evlərin siyahısına düşmür. Ancaq biz hər gün təhlükə qarşısındayıq. Ətrafda aparılan söküntü işləri ilə əlaqədar evlərimizə ziyan dəyib. Dünənə qədər qazımız da yox idi. Digər kommunal xidmətlərin verilişində problem var. Küçəyə maşınla girmək mümkün deyil. Ancaq piyada hərəkət edə bilirsən. Hər yer toz-torpaq içindədir.Qapı, pəncərəni açmaq mümkünsüzdür. Ailələrimizin burada qala bilmir, qohumların evlərinə sığınıblar.

Söküntünü Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti aparır. Qurum adi təhlükəsizlik qaydalarına da riayət etmir və bizi təhlükə altında qoyub.

“Qafqazinfo” məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova ilə əlaqə saxlayıb. O qeyd edib ki, Dəmir Yolunun 2-ci blok-post – Böyük Şor mənzilində (el arasında “Şanxay” adlanan yerdə) dəmir yolunun mühafizə zolağında 476 qeyri-qanuni tikilinin sökülməsi nəzərdə tutulurdu. Bundan 432-si artıq sökülüb: “Bunun əksəriyyətinin sahiblərinə kompensasiyası ödənilib. Bir neçəsinin söküntüsü davam edir, söküntü işləri aparıldığı üçün müvafiq qurumlar tərəfindən qaz, işıq və suyun verilməsi dayandırılıb.

Hazırda söküntü materialları daşınır, ərazi təmizlənir. Söküntü işləri başa çatandan sonra mühafizə zolağı çəkiləcək, istinad divarları tikiləcək. Qatarların təhlükəsiz hərəkətinin təmin etmək üçün bütün tədbirlər görüləcək.

Qeyri-qanuni tikililər tam söküldükdən sonra köhnəlmiş və sıradan çıxmış yolun üst quruluşu elementlərinin yeniləri ilə əvəzlənməsi prosesi aparılacaq.

Qeyd edək ki, “Nəqliyyat haqqında“ qanunun, Torpaq Məcəlləsinin tələblərinə uyğun olaraq, Nazirlər Kabineti “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları“nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normaları“nın təsdiq edilməsi haqqında“ 23 fevral 2005-ci ildə 33 saylı qərar qəbul edib.

Sənədin “Dəmir yolunun xüsusi mühafizə zonasında və təhkim zolağında, həmçinin dəmir yollarının sanitariya-mühafizə zonasında torpaq sahələrindən istifadə olunması“ bölməsində qeyd edilib ki, xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmir yolu obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

15.11.2018 / 15:30
 
Xəbər lenti
                                                           
ankara escort