Gəncədə 2 nəfəri qətlə yetirib qaçan - Tutuldu

Gəncədə 2 nəfəri qətlə yetirib qaçan - Tutuldu


Gəncədə ər ondan boşanmaq istəməyən arvadını və qayınatasını öldürüb.

Gəncə şəhər prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, hadisə avqustun 18-i saat 01 radələrində baş verib.

Daşkəsən rayonu, Xoşbulaq kənd sakini, 1990-cı il təvəllüdlü Məsim Məmmədovun ailə-məişət münasibətləri zəminində qayınatası Namiq Əkbərovu və arvadı İlahə Əkbərovanı qəsdən öldürmək məqsədi ilə onların Gəncə şəhərində yaşadıqları evə gəlib.

Orada odlu silahdan atəş açaraq hər ikisini öldürüb və hadisə yerindən özünə məxsus avtomobillə qaçıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən M.Məmmədov Daşkəsən rayonu ərazisində valideynlərinə məxsus gizləndiyi evdə tutularaq istintaqa təhvil verilib. Tutulan zaman cinayətin aləti olan ov tüfəngi M.Məmmədovun üzərində aşkar edilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

15.11.2018 / 15:30
 
Xəbər lenti
                                                           
ankara escort