Avtobus sürücülərini və sərnişinləri ölümlə hədələyən şəxs həbs edildi

Avtobus sürücülərini və sərnişinləri ölümlə hədələyən şəxs həbs edildi


Bakıda ictimai asayişi pozaraq avtobus sürücüsü və sərnişinlərin narahatlığına səbəb olan Quba rayon sakini Nəbi Ağayev İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək Nərimanov Rayon Məhkəməsinin Qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, bu N.Ağayev tərəfindən törədilən ilk hadisə deyil.

O, bir neçə gün əvvəl, yəni avqustun 15-də də 199 nömrəli avtobusun sonuncu dayanacağında dispetçerlə mübahisə edib. Sərxoş vəziyyətdə olduğundan ödəmə kartları olan aparatların niyə quraşdırılmadığını tələb edib, avtobusun dispetçerini, sürücüləri və sərnişinləri hədələyib. Bu səbəbdən dispetçerin müraciəti əsasında o, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, ictimai qaydanı kobud şəkildə pozduğuna görə cərimələnib.

Lakin, N.Ağayev barəsində verilən qərardan nəticə çıxarmayıb. O, iki gün sonra Xətai prospektində eyni əməli təkrar törədib və yenidən polislər tərəfindən saxlanılıb. Bu dəfə onun barəsində daha ciddi tədbir görülərək inzibati həbs olunanların saxlama məntəqəsinə göndərilib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Anası ilə barışdı

16.11.2018 / 19:00
Sabahın hava proqnozu

16.11.2018 / 14:00
 
Xəbər lenti
                                                           
ankara escort