Bakıda kassirləri aldadan dələduz qadın peyda olub

Bakıda kassirləri aldadan dələduz qadın peyda olub


Bakıda bir neçə mağazada kassada çalışanları aldadaraq dələduzluq edən şəxs ortaya çıxıb.

Gecce.az “Xezerxeber.az”a istinadən xəbər verir ki, üzünü gizlədən həmin şəxs kassaya yaxınlaşaraq aldığı məhsulun pulunu ödədiyini bildirir və hətta pulun xırdasını da tələb edir.

Sonradan mağazaların təhlükəsizlik kamerasına baxdıqda isə bu şəxsin ümumiyyətlə aldığı məhsulun pulunu ödəmədiyi məlum olur.

Üzünü gizlədən bu qadın əvvəlcə aldığı məhsulun pulunu ödəmək üçün kassaya yaxınlaşır. Sonra isə, kassada çalışanlara ödəniş etdiyini bildirərək, pulun qalığını tələb edir.

Əslində isə o, aldığı mala görə heç bir ödəniş etmir və beləliklə də kassirləri aldadır. Dələduzluq hadisəsi anban mağazalarda quraşdırlılan təhlükəsizlik kamerasına düşüb.

Hadisə Paytaxtın Suraxanı rayonunda bazar adlanan ərazidə yerləşən bir neçə mağazada baş verib.Maraqlısı budur ki,bu şəxs işinin peşəkarı olduğundan kassada çalışanları aldadaraq həm aldığı malın pulunu vermir, həm də onlardan güya ödədiyi pulun qalığını alaraq aradan çıxır.

Verilən məlumata görə, həmin şəxsin saxlanılması üçün artıq polisə də məlumat verilib. Faktla bağlı araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti