Daha bir bağçada körpəyə qarşı şiddət - Üzünə dağ basılıb+ Fotolar

Daha bir bağçada körpəyə qarşı şiddət - Üzünə dağ basılıb+ Fotolar


Azərbaycanda daha bir bağçada körpəyə qarşı şiddət göstərilib.

Bu barədə Feysbuk sosial şəbəkəsində məlumat və fotolar yayılıb.

Məlumata görə, hadisə Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında baş verib.

Qeyd olunur ki, bağçada işləyən Gülnarə adlı müəllimə Sara adlı 1 yaş 6 aylıq körpənin üzünə dağ basıb. Valideyn uşağın bu halını görüb şikayət edərkən müəllimə deyib ki, “uşaq uşağın üzünü dişləyib, soyuq su əvəzinə isti su qoyulub deyə sifəti pis görkəmə düşüb”.

Bildirilir ki, uşağı ekspertizaya aparıblar və orada müəyyən olunub ki, üzdə olan 2-ci dərəcəli yanıqdır və dəmir alətlə olub.

“Valideyn bağçada olan kamera görüntülərini tələb etsə də, müşahidə kameralarının görüntüləri gizlədilib”, - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, iş vaxtı olmadığı üçün sözügedən bağçadan münasibət öyrənmək mümkün olmadı.

Mövzunu diqqətdə saxlayacağıq.

Daha bir bağçada körpəyə qarşı şiddət - Üzünə dağ basılıb+ Fotolar

Daha bir bağçada körpəyə qarşı şiddət - Üzünə dağ basılıb+ Fotolar

Daha bir bağçada körpəyə qarşı şiddət - Üzünə dağ basılıb+ Fotolar


“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort