Bu çörəkləri zibilxanaya kim töküb? - Fotolar

Bu çörəkləri zibilxanaya kim töküb? - Fotolar


Bakı şəhəri Pirallahı adası ərazisində yerləşən çörək zavodu alınmayan və geri qaytarılan çörəklər zibilxanaya atılıb.

Gecce.az Bizimyol.info-ya istinadən xəbər verir ki, bu hadisə insanların narazılığına səbəb olub. Məsələ ilə bağlı yerli icra orqanlarına məlumat verilsə də heç bir tədbir görülməyib. Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və İnformasiya texnologiyaları şöbəsinin müdiri Mənsur Piriyev faktın araşdırılacağını bildirib.

Məlum olub ki, çörəkləri zibilxanaya “ADA” çörək zavodu boşaldıb. Zavod müdürü Zahid Şahbazov isə bunu təkzib edib: ““Biz müqəddəs bir işlə məşğuluq. İnsanlar şənbə və bazar günü istirahət etsələr də biz istirahətsiz işləyrik. Bunu hansısa xain edib və bizi ləkələməyə çalışır. Biz sağlam rəqabət aparırıq hər zaman, belə çirkin məlumatlar yaymırıq. Çörək qədrini çörəkçi bilər, biz onu necə zibilxanaya ata bilərik? Bu tamamilə yalan məlumatdır. Qoy desinlər çörəkdən tük çıxıb, desinlər çörək yaxşı bişməyib amma heç vaxt belə məlumat ötürməsinlər bizim haqqımızda”.

Bu çörəkləri zibilxanaya kim töküb? - Fotolar

Bu çörəkləri zibilxanaya kim töküb? - Fotolar
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti