Azərbaycan-İran sərhədində atışma - Bir nəfər yaralandı

Azərbaycan-İran sərhədində atışma - Bir nəfər yaralandı


Azərbaycanın İranla sərhədinin Cəlilabad rayonu ərazisində sərhədi pozan şəxslərlə hərbçilər arasında atışma olub.


Gecce.az APA-ya istinadən xəbər verir ki, sərhədçilərin "Dayan!" əmrinə tabe olmayan sərhəd pozucuları silahlı müqavimət göstəriblər.

Atışma zamanı bir sərhədçi yaralanıb.

Yalanan sərhədçi - Balakən rayonundan hərbi xidmətə çağırılmış Ramazan Məmməd oğlu Krupov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bir neçə güllə yarası alan R. Krupov üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Reanimasiya şöbəsində müalicəsi davam etdirilən hərbçi qulluqçunun həyatı təhlükəsi olmasa da, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Sərhəd pozucularının aqibəti barədə hələlik məlumat verilmir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti