Qadın mənzilinə çıxmaq üçün nazirliyi köməyə çağırdı - Bakıda hadisə

Qadın mənzilinə çıxmaq üçün nazirliyi köməyə çağırdı - Bakıda hadisə



Fövqəladə Hallar Nazirliyi (FHN) problemlə üzləşmiş artıq çəkili şəxsə yardım edib.


Gecce.az nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhər sakini 1952-ci il təvəllüdlü Morokova Svetlana İvanovna artıq çəkili olduğu üçün 2-ci mərtəbədəki mənzilinə qalxa bilməyib.

Vətəndaşa kömək məqsədi ilə Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub.

Xilasedicilər S.Morokovanı xərəyə qoyaraq mənzilinə qaldırıblar. Əməliyyat başa çatıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti