Sabah Bakıda 30, rayonlarda isə 34 dərəcə isti olacaq

Sabah Bakıda 30, rayonlarda isə 34 dərəcə isti olacaq


Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-19, gündüz 25-30, Bakıda gecə 17-19, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gecce.az-a verilən məlumata görə, atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində iyunun 15-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah yağış yağacaq

13.12.2018 / 16:30
Sabah hava necə olacaq?

12.12.2018 / 14:00
 
Xəbər lenti
                                                           
ankara escort ankara escort izmir escort