Direktor “Son zəng”də bıçaqlanma xəbərindən danışdı » Gecce.Az Xəbər Portalı
Direktor “Son zəng”də bıçaqlanma xəbərindən danışdı

Direktor “Son zəng”də bıçaqlanma xəbərindən danışdı


Qobustanda yerləşən A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin rəhbərliyi “Son zəng” günü bıçaqlanma hadisəsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Direktor İmran Sabirov AzNews.az-a açıqlamasında rəhbərlik etdiyi təhsil ocağında belə bir hadisənin olmadığını deyib:

“Mən saat 08:00-dan burdayam. Tədbirimiz bu saat yekunlaşıb. Rauf həyətdə uşaqlarla şəkil çəkdirir. Bu, necə ola bilər? Belə şayiələri ağzına gücü çatmayan adamlar yayırlar. Belə bir hadisə olmayıb”.

Qeyd edək ki, Qobustanda “son zəng” günü bıçaqlanma hadisəsinin baş verməsi haqda mətbuatda xəbərlər yayılıb. “Report”un məlumatına görə, A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Rauf Ağaquliyevlə 10-cu sinif şagirdi Vüsal Təbiət oğlu Şəhriyarov arasında mübahisə yaranıb. Mübahisə zəminində R.Ağaquliyev üstündə saxladığı bıçaqla V.Şəhriyarova 4 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. O, polis əməkdaşları tərəfrindən saxlanılıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort