Uşağı döyən tərbiyəçi saxlanıldı - Cinayət işi açılıb

Uşağı döyən tərbiyəçi saxlanıldı - Cinayət işi açılıb


Bakının Yasamal rayonundakı uşaq mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı cinayət işi başlanıb.

Gecce.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, faktla bağlı Yasamal rayon Polis İdarəsi araşdırmaya başlayıb.

Araşdırmaların nəticəsi olaraq idarədə fakta görə Cinayət Məcəlləsinin 133-cü( əzab vermə) maddəsilə cinayət işi başlanılıb və mərkəzin tərbiyəçisi Füruzə Tağıyeva istintaqa cəlb edilib.

Hazırda faktla bağlı istintaq əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən “Kids Studio Uşaq Mərkəzi”ndə tərbiyəçinin azyaşlılarla kobud davranması və onları döyməsi ilə bağlı videokadrlar yayılıb.

***

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 133-cü( əzab vermə) maddəsi ilə cinayət işi başlanıb və mərkəzin tərbiyəçisi Füruzə Tağıyeva şübhəli şəxs qismində saxlanılıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti