Azərbaycanda ana beş uşağını atdı: ən kiçiyi 6 aylıqdır

Azərbaycanda ana beş uşağını atdı: ən kiçiyi 6 aylıqdır


Azərbaycanda altı uşaqlı ailə kasıbçılıq üzündən uşaqlarını "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına atıb.

BAKU.WS xəbər veri ki, İctimai Birliyinin sədri Mehriban Zeynalova sözügedən uşaqların sığınacağa ana tərəfindən gətirildiyini bildirib:

"Altı uşaqlı ana əvvəlcə dörd uşağını sığınacağa qoyub getdi və artıq onlara baxa bilmədiyini dedi. Sonra uşaqların beşini dövlət müəssisəsinə yerləşdirmək istədiyini bildirdi".

Zeynalova uşaqların uşaq evinə yerləşdirilməsinə atanın da razılıq verdiyini deyir: "Uşaqların ən kiçiyi 6 aylıqdır. Əri də razılıq verib, yalnız 3 yaşlı uşaqdan başqa. Səbəb də onu daha çox sevməsidir. Ədalətinə şükür İlahi! O biri uşaqların nə düşünməsi valideynlərə maraqlı deyil".

Plansız şəkildə dünyaya uşaq gətirən məsuliyyətsiz valideynlərin səhvi üzündən atalı-analı uşaqlar kimsəsiz uşaqlar kimi ata-ana qayğısından məhrum şəraitdə böyüyəcəkləri acınacaqlı haldır ki...
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Şirvanda qətl

22.06.2018 / 21:20
 
Xəbər lenti