Sabah Bakının bu rayonlarında qaz olmayacaq » Gecce.Az Xəbər Portalı
Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Sabah Bakının bu rayonlarında qaz olmayacaq


Bakı şəhərinin Nəsimi və Binəqədi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Gecce.az-a verilən məlumata görə, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədi ilə diametri 530 mm-lik qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi, daşıyıcı qaz xəttinin kipliyə sınaq olunması və daşıyıcı xətt üzərində qurlaşdırılmış diametri 200 mm-lik siyirtmənin təmiri ilə əlaqədar,13 iyun 2018-ci il tarixdə saat 09:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu Tibilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən, Biləcəri qəsəbələrinin və Motodrom adlanan ərazinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işlərinin Xətai və Yasamal rayonlarının bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Özcan Deniz oğlu ilə

18.08.2018 / 19:30
 
Xəbər lenti
                                                           
ankara escort