Metroda belə şəkil çəkdi - Hamı ondan danışır

Metroda belə şəkil çəkdi - Hamı ondan danışır


Bakı Metrosunda çəkilən foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Foto metronun “Nəriman Nərimanov” stansiyasında lentə alınıb. 21 yaşlı Arzu Əhmədova metro relslərində çəkdirdiyi sözügedən fotonu instagram səhifəsində paylaşıb.

Səhifə açıq olduğundan foto qısa müddətdə sosial şəbəkələrdə yayılıb və xanımın təhlükəsizlik qaydalarına riayət etməməsi tənqid olunub.

Qeyd edək ki, foto bu gün saat 04-00 radələrində çəkilib. Həmin saatda metro fəaliyyət göstərmir. Arzu eyni saatda metroda çəkdiyi videonu da paylaşıb.

***

Bakı Şəhər Baş Polis idarəsi Metropolitendə Polis Şöbəsindən relslərin üzərində şəkil çəkdirilməsinə münasibət bildirib.

Unikal.org-a açıqlama verən şöbənin rəisinin müavini Vaqif İmanov bildirib ki, sözügedən fotodan xəbərdardırlar:

""Bakı Metropoliteni” QSC-nin rəhbərliyinin icazəsi ilə stansiyada film çəkilişi aparılıb. Çəkilişdə iştirak edən Arzu Əhmədova əvvəlcədən sözügedən fotoları çəkib, sosial şəbəkədə paylaşıb".

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Şirvanda qətl

22.06.2018 / 21:20
 
Xəbər lenti