Bu dəmir yolunun təmirinə başlanıldı

Bu dəmir yolunun təmirinə başlanıldı



Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərliyi ilə dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib.

QSC mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun Axar.az-a verdiyi məlumata görə, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur: "Yeni layihənin icrasına oktyabr ayının sonlarında başlanılıb. noyabrın 23-də Salahlı-Soyuq Bulaq mənzilində 7, 8 km yolun əsaslı təmirinə başlanılıb. Təmir işləri bir həftə davam edəcək".

Əsaslı təmir işlərinin 11 saylı “İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Müəssisənin rəisi Xəqani Kazımovun verdiyi məlumata görə, səhər saatlarında köhnə yolun söküntücünə başlanılıb. Təmir işləri bir həftə davam edəcək.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti