Lift işləmədi, xəstəni 16-cı mərtəbədən həyətə FHN-çilər düşürdü

Lift işləmədi, xəstəni 16-cı mərtəbədən həyətə FHN-çilər düşürdü


Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki hündürmərtəbəli binada yaşayan 1978-ci il təvəllüdlü Novruzov Anar Nizam oğlunun halının kəskin pisləşməsi ilə əlaqədar onu təcili xəstəxanaya çatdırmaq zərurəti yaranması, lakin lift işləmədiyi üçün xəstəxanaya təxliyənin mümkün olmaması barədə müraciət daxil olub.

Gecce.az nazirliyin saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xəstənin təcili xəstəxanaya çatdırılmasına kömək məqsədilə xilasedicilər A.Novruzovu pilləkənlə 16-cı mərtəbədən aşağı endirmiş və həkim briqadasına təhvil veriblər.

Əməliyyat başa çatıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bacıların göz yaşı

22.10.2018 / 14:00
 
Xəbər lenti
                    
Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi 15:30 Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi
                                      
ankara escort