Şirvanda müəllimə itkin düşüb

Şirvanda müəllimə itkin düşüb


Şirvan şəhərində 62 yaşlı qadın itkin düşüb.

Gecce.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayeva mayın 24-də dərs dediyi məktəbdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun əlamətləri belədir: orta boylu, qara saçlı, gözlərinin rəngi qəhvəyidir. Məktəbdən çıxarkən əynində qara ətək və ağ köynək olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 şəhər və (051) 425-28-01 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti