Bu yolda hərəkət məhdudlaşdırılır

Bu yolda hərəkət məhdudlaşdırılır


Gündüz və gecə bir-neçə ərazidə hərəkət qismən məhdudlaşdırılır.

Gecce.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayıb. Bildirilib ki, bu gün saat 11:00-dan axşam saatlarınadək Binəqədi rayonu Biləcəri dairəsində, axşam saat 22:00-dan səhər saatlarınadək isə Səbail rayonu, Neftçilər prospektinin Əziz Əliyev və Rixard küçələri arasında yerləşən hissəsində və Rixard Zorge küçəsinin özündə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.

Bu məqsədlə sözügedən küçələr boyu qeyd olunan müddət ərzində avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti