Şabranda 14 yaşlı məktəbli itkin düşüb

Şabranda 14 yaşlı məktəbli itkin düşüb


Şabran rayonunda 14 yaşlı məktəbli itkin düşüb.

Rayonun 2004-cü il təvəllüdlü Ağbaş kənd sakini Ələkbərov Röyal Rüfət oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Yaxınları Röyalın yoxluğundan axşam saatlarında xəbər tutduqlarını bildiriblər. Uşağın evə qayıtmadığını görən anası Vüsalə Ələkbərova onun oxuduğu məktəbin müəllimləri ilə əlaqə saxlayıb və məlum olub ki, o heç həmin gün dərsdə iştirak etməyib. Onlar Röyalın son vaxtlar kefsiz olduğu bildiriblər.

Həmçinin qeyd olunur ki, o, itkin düşməmişdən bir gün qabaq da dərsdən çıxıb, evə gəlməyib. Bunu görən babası onu axtarmağa başlayıb və Röyalı Siyəzən rayonundakı internet klublarından birində tapıb. Kişi uşağa acıqlanaraq onu vurub. Röyal evə gəldikdən sonra anası da onu möhkəm danlayıb. Səhəri gün Röyal özünə aid böyük çərçivədə olan şəklini də götürərək məktəb adıyla evdən çıxıb və geri qayıtmayıb.

İndi ailə üzvləri onun axtarışına çıxıblar.

Röyal Siyəzən şəhər ümumi orta internat məktəbinin 9-cu sinif şagirdidir və ailənin yeganə övladıdır. Hazırda Şabran rayon Polis şöbəsi tərəfindən itkin düşən şəxsin axtarışlarına başlanılıb.

"Qafqazinfo"
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti

Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi 15:30 Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi
                                                          
ankara escort