Bakıda mənzildə 58 yaşlı kişinin meyiti tapılıb

Bakıda mənzildə 58 yaşlı kişinin meyiti tapılıb


Bakıda mənzildə meyit aşkarlanıb.

Gecce.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Abdullayev Faiq Mustafa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti