Kürdəmirdə avtomobil aşdı - Yaralılar var

Kürdəmirdə avtomobil aşdı - Yaralılar var


Kürdəmir rayonunda yol qəzası baş verib.

Gecce.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Qarabucaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə Kürdəmir rayonu Karrar qəsəbəsinin sakinləri - sürücü, 1991-ci il təvəllüdlü Əliyev Elvin Şəmsəddin oğlu və sərnişini, 1994-cü il təvəllüdlü Bayramlı Ceyhun Akif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort