Gəncədə evdən 31 minlik qızıl əşyaları oğurlanıb

Gəncədə evdən 31 minlik qızıl əşyaları oğurlanıb


Gəncə şəhərində evlərin birindən seyfdən qapını sındırmaq yolu ilə 31 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Oğurluğu törətməkdə şübhəli bilinən Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Nofəl Məhərrəmov və M.Məhərrəmova saxlanılıb. Oğurlanmış qızıl-zinət əşyaları polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti