“Pomidor kralı” Vahid Novruzov həbs olundu » Gecce.Az Xəbər Portalı
“Pomidor kralı” Vahid Novruzov həbs olundu

“Pomidor kralı” Vahid Novruzov həbs olundu


Rusiya Federal Təhlükəsizlik Xidmətinin Moskva İdarəsinin əməkdaşları ötən həftə Mıtişi şəhərində tanınmış azərbaycanlı biznesmen, "pomidor kralı" ləqəbi ilə tanınan Vahid Novruzovu həbs edib.

"Qafqazinfo" Rusiya mediasına istinadən xəbər verir ki, həbsə səbəb kimi iş adamının vəzifəli şəxsə rüşvət verməsi göstərilir. Həmçinin, meyvə-tərəvəz biznesi ilə məşğul olan Novruzovun əksər alış-veriş obyektlərinin icazə sənədinin olmadığı bildirilir. Avtoservis və kafe sahibi də olan biznesmenin əsas obyektləri Mıtişi şəhərinin mərkəzində yerləşir.

Novruzova qarşı Rusiyanın Cinayət Məcəlləsinin 291-ci maddəsi üzrə cinayət işi açılıb. Həmin maddə 8 il azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort