“Polislər 10 gün sonra maşınımı doğranmış halda gətirdilər” » Gecce.Az Xəbər Portalı
“Polislər 10 gün sonra maşınımı doğranmış halda gətirdilər”

“Polislər 10 gün sonra maşınımı doğranmış halda gətirdilər”


Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Kamil Rüstəmzadə və Miqdar Qarazadənin məhkəməsi keçirilib.

Hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə prokuror ittiham aktını elan edib. K. Rüstəmzadə özünü qismən təqsirli bilib, M.Qarazadə isə təqsirli bilmədiyini deyib.

Zərərçəkmiş Adıgözəl Ağayev deyib ki, "Hyundai" markalı avtomobili hadisədən bir neçə ay əvvəl 4 min manata alıb: "Səhər həyətə düşdüm, gördüm maşın yoxdu. Polisə məlumat verdim, 1 həftə sonra dedilər tapılıb. Amma iş qaldı, 10 gün sonra maşını doğranmış vəziyyətdə gətirdilər, üstündə motoru da qarışıq heç bir hissəsi yox idi. Dedilər Sadiqlə Tərlan maşını doğrayıb".

K.Rüstəmzadə maşını oğurlamadığını deyib: "Sadiqi tanıyıram, amma onun niyə məhkəməyə verilmədiyini bilmirəm".

Proses mayın 23-də davam etdiriləcək.

İttihama görə, zərərçəkənlərdən biri İntiqam Əsədzadə toy məlisindən çıxıb evinə gedərkən taksidə olan iki nəfər onu Aşağı Güzdək qəsəbəsində avtomobildən düşürərək döyüb. Zərərçəkmiş həmçinin hadisə zamanı 700 manatlıq mobil telefonun və 300 manat pulunun da aparıldığını qeyd edib. Quldurluqda şübhəli bilinən Bakı sakini Kamil Rüstəmzadə və Sabirabad sakini Miqdar Qarazadə saxlanılıb. Onlar paytaxtın müxtəlif rayonlarında həm quldurluq, həm də oğurluq cinayətləri də törətməkdə ittiham olunurlar.

Qafqazinfo"
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort