Bakıda ticarət mərkəzindən spirtli içkilər oğurlanıb

Bakıda ticarət mərkəzindən spirtli içkilər oğurlanıb


Mayın 5-dən 18-dək olan müddətdə Bakının Neftçilər prospektində yerləşən ticarət mərkəzlərinin birindəki marketdən 715 manat dəyərində spirtli içkilər oğurlanıb.

Gecce.az-ın DİN-ə istinadən verdiyi xəbərə görə, oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək “isti izlər”lə saxlanılıblar.

Araşdırmalarla onların Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Seymur Rzayev və Vahid Cəfərzadə olduqları məlum olub. Faktla bağlı araşdırma aparılır.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti