Bakının bu rayonunda su olmayacaq

Bakının bu rayonunda su olmayacaq


Sabah Bakının Yasamal rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "Qafqazinfo"ya verilən məlumata görə, Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə birləşdirilməsi ilə əlaqədar mayın 17-də gün ərzində Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir", - deyə məlumatda vurğulanıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti