Biləsuvarda məktəblinin ölüm səbəbi məlum oldu - Yenilənib

Biləsuvarda məktəblinin ölüm səbəbi məlum oldu - Yenilənib


Biləsuvarda məktəbdə ölüm hadisəsi baş verib.

Gecce.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Dövrüşlü kəndində qeydə alınıb.

Rayonun Amankənd kənd sakini, 2006-cı il təvəllüdlü Əlyar Ürfan oğlu Hüseynli məktəbdən çıxmaq istəyərkən qəflətən halı pisləşib, daha sonra isə o, vəfat edib.

Ə. Hüseynlinin ölüm səbəbini müəyyən etmək üçün meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsinə verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Biləsuvarda məktəblinin ölüm səbəbi məlum olub. 2006-cı il təvəllüdlü Əlyar Hüseynlinin məktəbdə (qıcolma) dili qatlanıb.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort