Bakıxanov sakinlərinə müjdə: Yeni marşrut

Bakıxanov sakinlərinə müjdə: Yeni marşrut



Paytaxtın Bakıxanov qəsəbəsindən metronun “Nərimanov” stansiyasına yeni marşrut xətti açılıb.

Gecce.az Axar.az-a istinadən bildirir ki, verdiyi xəbərə görə, Avropa Oyunları ərəfəsində ləğv edilmiş 25 saylı marşrutu 24 saylı yeni xətt əvəzləyəcək.

Sakinlər üçün həmin xəttin ləğvi böyük çətinliklərə səbəb olmuşdu və təkcə 184 saylı marşrut xətti işləyirdi.

Daha sonra bu avtobuslar da “Nərimanov” metrosuna qədər getmədi və indi “Koroğlu” metrostansiyası sonuncu dayanacağıdır. Sakinlərin çoxsaylı müraciətlərindən sonra problem həllini tapıb.

Hazırda 24 saylı marşrut xətti Bakıxanov qəsəbəsindən “Sabunçu” dairəsi, Dərnəgül yolu və “Nərimanov”metrosuna qədər hərəkət edir.

Xatırladaq ki, Nəqliyyat Nazirliyinin qərarı ilə bir sıra marşrut xətləri ləğv edilib, bəzilərinin trayektoriyası dəyişdirilib.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

22.10.2017 / 10:00
 
Xəbər lenti