Əzab çəkməsin deyə boğub öldürdüm...” » Gecce.Az Xəbər Portalı
Əzab çəkməsin deyə boğub öldürdüm...”

Əzab çəkməsin deyə boğub öldürdüm...”


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu bacısı ilə danışdığından şübhələnərək amasızlıqla öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Amal Zülfüqarovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə baxış iclası baş tutub.
Prokuror çıxış edərək ittiham aktını elan edib. Belə ki, A.Zülfüqarov dostu Qismən Məmmədlinin onun xaricdə yaşayan bacısı ilə münasibət qurmasından şübhələnib və onu öldürmək qərarına gəlib. Qaradağ rayonu Qobustan qəsəbəsində domino oynayarkən Qismətə arxadan yaxınlaşaraq onun boyun və sinəsinə bir neçə zərbə endirib. Kafedə olan Tələt HÜseynov və Haldun Nəbizadə onu sakitləşdirmək istəyərkən Amal onları da bıçaqlayıb. Daha sonra yerə yıxılan Qismətin üstündə oturaraq onu boğub. Ardınca da bıçaqla onun boğazına, qarnına və ürəyinə dəfələrlə zərbə vurub.

A.Zülfüqarov özünü qismən təqsirli bilib və cinayəti etiraf edib. O deyib ki, dostu Qismətin son günlər ona qarşı münasibəti dəyişibmiş: “Hadisədən 1-2 gün əvvəl dostlarla birgə “Atlant” istirahət mərkəzinə getdik. Uşaqlar mənlə fərqli danışırdılar, sözümü kədirdilər. Yolda Qismən dedi bir nəfərin bacısı ilə yazışıram, bilsələr başımdan vurarlar. Mənim də bacım xaricdə idi, ürəyimə xal düşdü. “Atlant”da olanda Qismət mənə tərs-tərs baxırdı. Səbəbini soruşdum, söyüş söydü. Uşaqlardan da onun niyə belə etdiyini soruşanda demədilər. Daha sonra bir neçə dəfə məsələni aydınlaşdırmaq üçün Qismətin yanına gedib danışmaq istədim. O isə mənə “get evdə qazı aç, özünü öldür” dedi. Səbəbini isə hamının yanında deyəcəyini bildirdi. Mən də ona dedim ki, səni özümə qardaş bilmişəm, mənə qarşı nəsə etsən, səni öldürərəm.

Qobustanda oturanda Qismət yenə eyni sözü dedi, Nicat isə onu söhbəti açmağa qoymadı. Mən də əsəbləşib, Qisməti vurdum. Tələtlə Haldun mənim dostum olub, onları vurmamışam. Ola bilər məni aralayanda onlara bıçaq dəyib.
Qisməti vurandan sonra gördüm xırıldayır, əzab çəkir. Dedim kəlmeyi-şəhadətini dedi, gördüm “Allah,Allah” edir, əzab çəkməsin deyə boğub öldürdüm. Onu hər dəfə bıçaq vuranda mən də əzab çəkirdim. Həkimlər gələndə o artıq ölmüşdü, ona görə də qadınların ona yaxınlaşmasına imkan vermədim”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort